Icma.az, Apasport portalına istinadən məlumat yayır.
"Real" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Madrid klubu İbrahima Konatenin transferini rəsmən açıqlayıb.
Fransalı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. 27 yaşlı futbolçu son olaraq "Liverpul"un formasını geyinib.
"Soşo" akademiyasının yetirməsi olan Konate 2021-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, “Liverpul”un heyətində 183 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Transfermarkt” İbrahima Konatenin bazar dəyərini 45 milyon avro qiymətləndirir.
Keyn matçın ən yaxşı oyunçusu seçildi - Linekerə çatdı Ronaldodan ilk oyun paylaşımı - “Bu iş hələ bitməyib” Van Bronkxorst “Feyenoord”a qayıtdı - 2+1 illik müqavilə Portuqaliya xal itirdi - Neveş matçın ən yaxşısı seçildi Futbol dünyasına ağır itki – Erik Roy vəfat etdi