Konate üçün daha bir klub yarışa qoşuldu

23.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Liverpul”un müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Madridin “Real” və Parisin PSJ komandası “Liverpul”la yeni müqavilə danışıqlarında hələlik heç bir irəliləyiş əldə etməyən Konate ilə ciddi maraqlanır.

25 yaşlı Konate bu mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Konatenin “Liverpul”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Transfermarkt” portalı müdafiəçinin qiymətini 60 milyon avro dəyərləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью