Kondisioner, yoxsa açıq pəncərə?

03.07.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Kondisioneri söndürüb pəncərələri açsam, yanacağa daha çox qənaət edərəm?”  Yayın bu qızmar günlərində hər bir sürücünün ağlından ən azı bir dəfə bu sual keçir. Sosial şəbəkələrdə və sürücü rəylərində bu barədə yüzlərlə fərqli mif gəzir.

Azpost.info-nun məlumatına görə, bu məsələnin avtomobil mühəndisləri tərəfindən sübut olunmuş çox dəqiq bir elmi formulu var.

“Kritik sürət” həddi: 80 km/saat

Mühəndislərin apardığı aerodinamik testlər göstərir ki, avtomobilin yanacaq sərfiyyatına təsir edən iki əsas qüvvə var: kondisioner kompressorunun mühərrikə saldığı mexaniki yük və havanın avtomobilin gövdəsinə göstərdiyi müqavimət (aerodinamik sürtünmə).

 Əgər siz Bakı daxilində, tıxaclarda və ya ümumilikdə 80 km/saatdan aşağı sürətlə hərəkət edirsinizsə, pəncərələri açmaq daha sərfəlidir. Aşağı sürətdə havanın müqaviməti az olur. Kondisioneri yandırmaq isə mühərrikə əlavə yük salır və yanacaq sərfiyyatını təxminən 10-15% artırır.

 Sürətiniz 80-90 km/saat həddini keçdikdə vəziyyət tamamilə dəyişir. Yüksək sürətdə pəncərələri açdıqda, avtomobilin salonuna dolan hava bir növ “paraşüt” effekti yaradır. Avtomobil irəli getmək üçün havanı yarmaqda çətinlik çəkir və mühərrik normaldan daha çox benzin yandırır. Magistral yolda açıq pəncərə ilə getmək, kondisioneri yandırmaqdan rəsmən 20% daha çox yanacaq itkisinə səbəb olur.

Yayda benzinə qənaət üçün  3 “qızıl” məsləhət:

“Termos” effekti: İsti havada avtomobilə əyləşən kimi kondisioneri dərhal yandırmayın. Öncə bütün qapıları və ya pəncərələri açıb 1 dəfə sürün ki, salondakı 60 dərəcəlik boğucu hava çölə çıxsın. Sonra pəncərələri bağlayıb kondisioneri işə salın.

Daxili sirkulyasiya rejimi: Kondisioneri yandırarkən “daxili hava dövriyyəsi” düyməsini (maşın şəkli və içində qıvrım ox olan rəmz) aktiv edin. Bu zaman sistem çöldəki qaynar havanı soyutmağa enerji sərf etmir, artıq soyumuş salon havasını yenidən dövr etdirir. Bu, mühərrikin yükünü yarıbayarı azaldır.

Kölgə və rəng faktoru: İmkan daxilində maşını kölgədə saxlayın və ön şüşə üçün günbatan (torpaq və ya gümüşü rəngli qoruyucu) istifadə edin. Salondakı plastmasların qızmaması kondisionerin bərpa müddətini sürətləndirir.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью