Konkret.az saytına istinadən Icma.az xəbər verir. Kondisionerli otaqlarda insanların tez-tez xəstələnməsi təsadüfi deyil.
Bu barədə KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, kondisioner düzgün istifadə olunmadıqda sağlamlıq üçün ciddi risk yaradır.
Onun sözlərinə görə, ilk növbədə kondisionerli mühitlə isti hava arasındakı böyük temperatur fərqi bədən üçün təhlükəlidir: “Çöldə 40 dərəcə isti, otaqda isə 16-18 dərəcə sərinlik bədənin temperatur balansını pozur.
Bu isə immun sistemini zəiflədir və nəticədə soyuqdəymə, qrip və digər xəstəliklər qaçılmaz olur”, – deyə həkim qeyd edib.
Bundan əlavə, bədən temperatur dəyişikliklərinə adaptasiya edə bilmədikdə xəstələnmə riski daha da artır.
Həkim onu da vurğulayıb ki, kondisioner filtrləri mütəmadi təmizlənməlidir: “Əks halda, cihaz havaya toz, mikrob, kif və allergenlər yayır.
Bu da tənəffüs yollarında iltihab və infeksiyalara səbəb olur.” Tərləmiş halda kondisioner qarşısında oturmaq isə daha təhlükəlidir.
Çünki bu zaman bədən sürətlə soyuqlaya və xəstələnə bilər. Tər ifraz edən bədən sürətlə soyuduqda immun sistemi zəifləyir və nəticədə soyuqd