Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir. Kondisionerdən istifadə edərkən bəzi vacib qaydalara əməl etmək lazımdır.
Əks halda sağlamlğınızda ciddi problemlər yarana bilər. Belə ki, kondisionerdə havada olan toz, tükcüklər və s.
ziyanlı hissəcikləri tutmaq üçün xüsusi filtrlər var. Bu filtrlər həm kondisioneri, həm də bizim nəfəs yollarımızı ziyanlı maddələrdən qoruy
Lakin filtrlər çox çirkləndikdə onlar özləri artıq təhlükə mənbəyinə çevrilir.
Saglamolun.az bildirir ki, filtrlərə yapışmış ziyanlı maddələr yenidən havaya buraxılır, oradan isə ağ ciyərlərimizə düşür.
Çirklənmiş filtrlər və kondisionerin içində olan nəm mühit burada müxtəlif ziyanlı mikrobların sürətlə çoxalması üçün çox əlverişli şərait yaradır.
Bu mikroblar nəfəs yollarımıza düşərək müxtəlif pozulmalara, hətta ağ ciyər iltihabına (sətəlcəm) səbəb ola bilər.
Kondisionerin filtrlərini çirkləndikcə (bu istifadədədən asılıdır) mütləq təmizləmək lazımdır. Bunu etmək çox asandır.