Konfrans Liqası: “Başakşəhər” doğma meydanda xal itirib AZƏRTAC

27.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 noyabr, AZƏRTAC

UEFA Konfrans Liqasının əsas mərhələsində IV turun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Moldovanın "Petrokub" klubu ilə üz-üzə gəlib.

Başakşəhər Fatih Terim Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının əsas mərhələsinin V turuna dekabrın 12-də start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью