Konfrans Liqası: Başakşehirin pleyoff üçün son şansı YENİLƏNİR

19.12.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Bu gün UEFA Konfrans Liqasının sonuncu - VI həftənin oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, turnirdə yeganə Türkiyə təmsilçisi "Başakşehir" Belçikanın “Serkl Brügge”nin qonağı olacaq.

Yan Breydel Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Lider "Çelsi" isə evdə İrlandiya təmsilçisi “Şemrok Rovers”i qəbul edəcək. 

UEFA Konfrans Liqası

Liqa mərhələsi

VI tur

19 dekabr

00:00. “Larne” (Şimali İrlandiya) - “Gent” (Belçika)
00:00. “Sele” (Sloveniya) - TNS (Uels)
00:00. “Yagelloniya” (Polşa) - “Olimpiya” (Sloveniya)
00:00. “Borats” (Bosniya və Herseqovina) - “Omoniya” (Kipr)
00:00. TSK (Serbiya) - Noa (Ermənistan)
00:00. “Panatinaikos” (Yunanıstan) - “Dinamo” (Minsk, Belarus)
00:00. “Harts” (Şotlandiya) - “Petrokub” (Moldova)
00:00. “Luqano” (İsveçrə) - “Pafos” (Kipr)
00:00. “Serkl Brügge” (Belçika) - “Başakşəhər” (Türkiyə)
00:00. “Vitoriya” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
00:00. “Rapid” (Avstriya) - “Kopenhagen” (Danimarka)
00:00. APOEL (Kipr) - “Astana” (Qazaxıstan)
00:00. “Yurqorden” (İsveç) - “Legiya” (Polşa)
00:00. “Haydenhaym” (Almaniya) - “Sankt Qallen” (İsveçrə)
00:00. “Molde” (Norveç) - “Mlada Boleslav” (Çexiya)
00:00. “Betis” (İspaniya) - HJK (Finlandiya)
00:00. LASK (Avstriya) - “Vikinqur” (İslandiya)
00:00. “Çelsi” (İngiltərə) - “Şemrok Rovers” (İrlandiya)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 20-də baş tutacaq.

“Fənərbaxça” 3 xalı 3 qolla qazanıb Mançesterdə dramatik sonluq “Real”dan xal itkisi, “Sevilya”dan qələbə “Liverpul” evdə xal itirib “Bavariya” mövsümdə ilk dəfə məğlub olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью