Konfrans Liqası: Bu gecə yarımfinala yüksələcək 4 xoşbəxt bilinəcək

16.04.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Sport24.az xəbər verir ki, bu oyunlardan sonra yarımfinala vəsiqə qazanan 4 komandanın adına aydınlıq gələcək.

Niderland təmsilçisi AZ ilk görüşdə böyük hesabla məğlub olduğu Ukrayna "Şaxtyor"unu qonaq edəcək. AEK evdə "Rayo Valyekano" "Fiorentina" isə "Kristal Pelas"la qarşılaşacaq. "Maynts 05" isə səfərdə "Strasburq"la üz-üzə gələcək.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. AZ (Niderland) – "Şaxtyor" (Ukrayna)

İlk oyun 0:3

23:00. "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə)

İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – "Rayo Valyekano" (İspaniya)

İlk oyun – 0:3

23:00. "Strasburq" (Fransa) – "Maynts 05" (Almaniya)

İlk oyun – 0:2

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью