Konfrans Liqası: “Dinamo” “Qarabağ” oyununun hakimləri...

31.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə “Qarabağ” arasında keçiriləcək oyunun hakim təyinatları bəlli olub.

Axar.az xəbər verir ki, qarşılaşmanı danimarkalı FİFA referisi Morten Kroq idarə edəcək.

Ona həmyerliləri Steffen Bramsen və Viktor Skütte kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək.

VAR hakimi Yakob Kelet, onun köməkçisi isə Yens Maae olacaq.

Qeyd edək ki, görüş Polşanın Lyublin şəhərindəki “Arena Lyublin” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью