Konfrans Liqası: Latviya klubu evdə mərhələni keçə bilmədi

17.07.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. 

Latviyanın “Auda” klubu evdə Şimali İrlandiyanın "Larne" komandası ilə qarşılaşıb.

Əsas və əlavə vaxt 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə Şimali İrlandiya təmsilçisi daha dəqiq oynayaraq, növbəti mərhələyə adlayıb. 

Konfrans Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
16 iyul

"Auda" (Latviya) - "Larne" (Şimali İrlandiya) – 2:2 (pen. 2:4)
İlk oyun: 0:0

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью