Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

22.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Neftçi" bu gün turnirdə ilk oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Bakı klubu doğma meydanda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.
“Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Matçı kiprli FIFA referisi Konstantinos Fellas idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu raundun qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью