Konfrans Liqası: Neftçi nin həsrəti başa çatır YENİLƏNİR

17.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi müəyyənləşəcək. "Ağ-qaralar"ın potensial rəqibləri "Lüdoqorets", "Rakov", "Apollon", "Dinamo Siti" - "Sileks" cütünün qalibi və "Dinamo Minsk" - "Astana" cütünün qalibidir.

Həmçinin I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibi bilinəcək. Bundan başqa, UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Vestri” duelinin məğlubunun Konfrans Liqasında hansı komanda ilə üz-üzə gələcəyi də bəlli olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.

AL: “Qarabağ”ın rəqibi müəyyənləşib KL: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLDU - YENİLƏNİB DÇ-26: İngiltərə millisinin heyətində dəyişiklik İran millisində viza problemi: DÇ-2026-da iştirak etməyə bilər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью