Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" klubunu qəbul edəcək.
Axar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti saat 20:00-da səslənəcək.
Görüşü norveçli FİFA referisi Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.