Konfrans Liqası: Sabah öz meydanında Petrokub u darmadağın edib

31.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" Moldovanın "Petrokub"unu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da Azərbaycan Kubokunun son qalibi adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yazdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью