Konfrans Liqası: Türkiyə klubunun rəqibi müəyyənləşir

27.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Liqa mərhələsindən gələn 8 komanda: "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Maynts" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasburq" (Fransa) və "Rakuv" (Polşa)

Pley-off mərhələsinin qalibləri: “Samsunspor” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Selye” (Sloveniya), “AZ Alkmaar” (Niderland), “Kristal Pelas” (İngiltərə), "Siqma" (Çexiya), "Fiorentina" (İtaliya) və "Lex" (Polşa)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşləri martın 12-də, cavab qarşılaşmaları isə 19-da baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью