Konfrans Liqası: “Zirə” Estoniya klubuna uduzub

23.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyun başa çatıb.

“Rannastadion”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью