Konfrans Liqası: Zirə ilk oyununa çıxır

23.07.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Zirə" UEFA Konfrans Liqasında ilk oyununa bu gün çıxacaq. Sport24.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Hayduk"u qəbul edəcək.

"Neftçi Arena"da baş tutacaq matç saat 19:30-da start götürəcək.

Qarşılaşmanı Xristos Vergetisin rəhbərliyi altında yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab oyunu iyulun 31-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью