Konfrans Liqası: “Zirə” öz meydanında heç heçə edib

23.07.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün “Zirə” UEFA Konfrans Liqasındakı çıxışına start verib.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiyanın “Hayduk” klubunu qəbul edib.

"Neftçi Arena" stadionunda keçirilən qarşılaşma saat 19:30-da start götürüb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 2 qola şahidlik ediblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью