Konfrans Liqası: Zirə revanş arzusunda

30.07.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, "Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qonaq edir.

Tərəflər arasında baş tutan ilk görüş Estoniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Qeyd edək ki, cütün qalibi 3-cü mərhələdə Avstriya "Rapid"i ilə üz-üzə gələcək. 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20:00. "Zirə - "Payde" (Estoniya)

Hakimlər:  Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)

Sumqayıt. Şəhər stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью