Konfrans Liqasında IV tura Türkiyə klubunun oyunu ilə start veriləcək AZƏRTAC

27.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 noyabr, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsində IV turun oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Moldovanın "Petrokub" klubu ilə üz-üzə gələcək.

Başakşəhər Fatih Terim Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Matçı Kosovodan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının əsas mərhələsinin V turuna dekabrın 12-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью