Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu…

30.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Axar.az UEFA-ya istinadən xəbər verir ki, İspaniyanın "Betis" klubundan İsko bu ada layiq görülüb.

Qeyd edək ki, İsko Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Betis" turnirin finalında İngiltərə təmsilçisi "Çelsi"yə uduzub - 1:4.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью