Konfrans Liqasında Zirə nin rəqibi bu gün bilinəcək

16.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Modern.az-ın məlumatına görə, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belədir:

"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro).

Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью