Konfrans Liqasının finalından öncə qalmaqal

28.05.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Çelsi" və "Betis" azarkeşləri Konfrans Liqasının finalı öncəsi iğtişaşlar törədiblər.

QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Turnirin final oyunu bu gün Vrotslavda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ötın gün Vroslav şəhərinin mərkəzində “Çelsi” və “Betis” azarkeşləri arasında toqquşma baş verib. Münaqişə zamanı fanatlar bir-birinə stəkan və stul atıblar. Polis iğtişaşları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. 

İndiyədək “Betis”in 4 azarkeşi saxlanılıb. Polis davanın daha 9 iştirakçısının axtarışını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью