Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
QOL.az xəbər verir ki, Ukraynanın "Şaxtyor" komandası səfərdə Niderlandın "AZ Alkmaar" klubunun qonağı olub.
"AFAS" stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Tərəflər arasında baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 3:0 hesabı ilə qalib gəldiyi üçün, iki oyunun nəticəsinə əsasən yarımfinala vəsiqə qazanan tərəf "Şaxtyor" olub.
16 aprel
"AZ Alkmaar" - "Şaxtyor" - 2:2
Qollar: İ.Yensen, 73, M.Şin, 80 // Alisson, 58, L.Meyrelles, 84
Qeyd edək ki, "Şaxtyor" yarımfinal mərhələsində "Fiorentina" - "Kristal Pelas" cütünün qalibi ilə üz-üzə gələcək.