KONKAKAF Millətlər Liqasında finalçılar bəlli olub

21.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

KONKAKAF Millətlər Liqasının yarımfinal oyunlarında Panama ABŞ-yə (1:0), Meksika isə Kanadaya (2:0) qalib gəlib.

Oxu.Az xəbər verir ki, 90+4-cü dəqiqədə qələbə qolunu vuran Panama millisinin futbolçusu Sesilio Uoterman sevincini meydanın kənarında şərhçi qismində oyunu izləyən əfsanəvi Tyerri Anri ilə qeyd edib.

Meksikanın heyətində isə "Fulhem"li Raul Ximenes dubl edib.

Qeyd edək ki, Panama və Meksika millilərinin qarşılaşacağı final matçı Kaliforniyanın (ABŞ) İnqlevud şəhərindəki "SoFi Stadium"da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью