Konkisürmə meydançaları, attraksionlar, foto zonaları: Astana Yeni il üçün necə bəzədiləcək AZƏRTAC

29.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 29 noyabr, AZƏRTAC

Qış mövsümündə Qazaxıstan paytaxtının sakinləri və qonaqlarını çoxlu əyləncələr - buz konkisürmə meydançaları, attraksionlar, foto zonaları və sairə gözləyir.

AZƏRTAC şəhər meriyasına istinadla xəbər verir ki, şəhərin 6 rayonunda 60-a yaxın belə yerin yaranması və onların qış mövsümü boyu fəaliyyət göstərməsi nəzərdə tutulub. Rayonlarda yolkalar qurulacaq. Yeni il ilə əlaqədar küçələri bəzəmək üçün çələnglər, instalyasiyalar və digər bəzəklərdən istifadə olunacaq. Qış istirahəti üçün bir sıra ictimai yerlər tematik kiçik memarlıq formaları və işıq qurğuları ilə bəzədiləcək. Konkisürmə meydançalarının, attraksionların, foto zonalarının və digər elementlərin təşkili üzrə quraşdırma işlərinə noyabrın ortalarından başlanılıb. Bu işlər mərhələli şəkildə dekabrın ikinci ongünlüyündə başa çatdırılacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью