Könlümə tək Kəbə yapdım səni mən Günün şeiri

14.01.2025

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün ömrünün böyük hissəsini mühacirətdə keçirən Azərbaycan şairi Almas İldırımın anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Əsir Azərbaycanım" şeirini təqdim edir.

Nerdə məni gülqoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan mənim
baxtsız anam, oy...
Neçə bir il həsrətinlə yanam, oy!..

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş
dursa, oy!..

Xəbər alsam Muğanımdan,
Milimdən,
Nazlı Bakım, o neft qoxan
gülümdən,
Kim demiş ki, düşmüş adı
dilimdən,
Azərbaycan, mənim eşsiz
yurdum, oy!..
Ölməz eşqim,
içimdəki dərdim, oy!

Könlümə tək Kəbə yapdım
səni mən,
Sənsiz nedəm qurbət eldə
günü mən,
Sənsiz nedəm Allahı mən,
dini mən,
Azərbaycan, mənim tacım,
taxtım, oy!
Oyanmazmı kor olası
baxtım, oy?!.

Balet işçiləri alternativ hərbi xidmət istəyir, qanunlar isə... - Araşdırma “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью