Konor Benni nokaut etdi

13.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı boksçu Rayan Qarsiya Las-Veqasda keçirilən döyüşdə yarımorta çəkidə Ümumdünya Boks Şurasının (WBC) dünya çempionu titulu uğrunda görüşdə britaniyalı Konor Benni məğlub edib.

Bakıvaxtı.az "Sport Express" nəşrinə istinadə xəbər verir ki, döyüş ikinci raundda başa çatıb.

28 yaşlı Qarsiya 29 yaşlı rəqibini nokauta salıb. Bu döyüşdən sonra onun peşəkar rinqdə 27 qələbəsi və 2 məğlubiyyəti var. Amerikalı boksçu titulunu ilk dəfə müdafiə edib.

Benn isə 23 qələbə fonunda ikinci məğlubiyyətini alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью