Konor Makqreqor “Sky News”u məhkəməyə verib

30.11.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

37 yaşlı keçmiş UFC ikiqat çempionu Konor Makqreqor “Sky News”a qarşı böhtana görə məhkəmə iddiası qaldırıb.

İdman.Biz bu barədə “Middle Easy” portalına istinadən məlumat verib.

Məlumata görə, Makqreqorun nümayəndələri iddia edirlər ki, 2024-cü ilin noyabr ayında Konor cinsi təcavüzdə ittiham olunduğu məhkəmə zalından çıxarkən “Sky News” müxbiri ona “sən adam zorlamısan” ifadəsini işlədib. Makqreqorun komandası bu ifadənin onun nüfuzuna xələl gətirdiyini və sual kimi deyil, müsbət ifadə edildiyini iddia edir.

Məhkəmə prosesi İrlandiyada keçiriləcək. Makqreqor hələlik iş üzrə şərh verməyib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью