Konor Makqreqor yenidən UFC yə qayıda bilər

16.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Keçmiş UFC çempionu Konor Makqreqor ilin sonuna qədər oktaqona qayıda bilər.

Oxu.Az xəbər verir ki, bu barədə irlandiyalı döyüşçünün nümayəndəsi TASS-a açıqlamasında bildirib.

Daha əvvəl Makqreqor şəxsi sosial şəbəkə hesabında UFC prezidenti Dana Uaytı birlikdə işləməyə və turnirə qayıtması üçün danışıqları davam etdirməyə çağırıb.

"Konor ilin sonuna qədər qayıtmağa hazırdır. Hər şey təklif və seçimlərdən asılıdır", - deyə 37 yaşlı idmançının nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildən UFC-də iştirak etmir. Onun aktivində 22 qələbə və 6 məğlubiyyət var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью