Konorla Həbib yenidən döyüşəcək? “Sən qorxaq və tənbəlsən”

01.02.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

İrlandiyalı MMA (qarışıq döyüş növləri) idmançısı Konor Makqreqor sosial şəbəkədə rusiyalı Həbib Nurməhəmmədovu yenidən döyüşə çağırıb.

Tribunainfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mənimlə döyüş, 100 milyon dollar qazan və bu pulları bütün kəndinə payla. Amma bunu etməyəcəksən. Niyə? Çünki sən qorxaq və tənbəlsən”, – Makqreqor bildirib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov Makqreqoru məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью