Konqo DR millisinin kapitanı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

06.08.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Konqo DR millisinin müdafiəçisi və kapitanı Şansel Mbemba karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. "Lill"dən ayrılan 31 yaşlı afrikalı futbolçu "Əl-Diriyah"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Mbemba sosial şəbəkə hesabında paylaşım edib.

"Transfermarkt" portalı oyunçunun dəyərini 2 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Mbemba ötən mövsüm "Lill"in heyətində bütün turnirlərdə 21 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2026-da isə o, 4 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью