Konqo DR Ordusu Bukavu şəhərinə nəzarəti bərpa edib

16.02.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Konqo Ordusu daha əvvəl M23 hərəkatının üsyançılarının ələ keçirdiyi Şərqi Kivu əyalətinin inzibati mərkəzində növbəti dəfə nəzarəti təmin edib.

“Report” xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikası Prezidentinin Ofisi Feliks Tşisekedi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“M23 terrorçularının qısa müddətə zəbt etdiyi Bukavu şəhəri Konqo ordusu və igid (özünümüdafiə dəstələri – red.) “Vazalendo”nun nəzarətindədir”, - məlumatda bildirilib.

"Konqolu Actualite" portalı qeyd edir ki, bir neçə bölgəsində xaos müşahidə olunan Bukavuda vəziyyət gərgin olaraq qalır. Hazırda bəzi yerlərdə atəş səsləri eşidilir və talanlar davam edir.

Xatırladaq ki, yanvarın sonunda Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhəri tutulmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью