Konqo prezidentinin xalqla birgə DÇ 2026 sevinci VİDEO

01.04.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Konqo Demokratik Respublikası (KDR) futbol millisi 52 ildən sonra ilk dəfə Dünya Çempionatına vəsiqə qazanması ölkədə görünməmiş coşquya səbəb olub. Bu tarixi uğur xalqla yanaşı, dövlət rəhbərliyini də küçələrə çıxarıb.

İdman.Biz xəbər verir ki, qələbə xəbərindən dərhal sonra Konqo prezidenti Feliks Çisekedi paytaxt küçələrinə çıxaraq sevinən izdihama qoşulub. Prezidentin öz xalqı ilə çiyin-çiyinə bu böyük uğuru qeyd etməsi və vətəndaşların əhatəsində olması dünya mediasında geniş əks-səda doğurub.

Qələbə sevincində ən çox diqqətçəkən məqam isə insanların palçıqlı yollarda qaçaraq rəqs etməsi olub. Kamerun və Nigeriya kimi qitə nəhənglərinin turnirdən kənarda qaldığı bir vaxtda Konqonun bu vəsiqəni tamamilə layiqincə qazandığı bildirilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью