Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Konqo Demokratik Respublikasında çoxsaylı yüksək rütbəli zabitlər saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ordu sözçüsü, general-mayor Sylvain Ekenge bəzi yüksək rütbəli zabitlərin "dövlət təhlükəsizliyi ilə bağlı fövqəladə ciddi əməllərə görə" saxlanıldığını təsdiqləyib. Lakin o, saxlanılan zabitlərin adlarını açıqlamayıb.
Yerli mətbuat isə saxlanılan 25 zabitdən 11-nin general olduğunu yazıb.
Qeyd olunub ki, saxlanılan zabitlər adi həbsxanalarda deyil, gücləndirilmiş mühafizə olunan iqamətgahlarda saxlanılır. Zabitlərə qarşı irəli sürülən ittihamların mahiyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.
İbrahim Cəfərov