Konqoda 140dan çox insan naməlum xəstəlikdən dünyasını dəyişib

03.12.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasının cənub-qərbində yerləşən Kvanqo əyalətində noyabrda 140-dan çox insan naməlum xəstəlikdən ölüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin sözçüsü məlumat yayıb.

Məlumata görə, diaqnozu mümkün olmayan xəstəliyə yoluxanların sayı artmaqda davam edir, noyabrda 143 nəfər xəstəliyin qurbanı olub.

Xəstəliyin yüksək hərarət və baş ağrıları ilə müşayiət olunduğu qeyd edilir. Qadınlar və uşaqlar üçün ən böyük təhlükədir.

Xəstələrə yardım göstərmək üçün bölgədə tibb qrupları işləyir. Mütəxəssislər də xəstəliyin mənşəyini müəyyən etməyə çalışırlar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью