Konqoda 2 məktəb yandı 21 şagird həlak oldu+Fotolar

11.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Konqonun Bukavu şəhərində yerləşən iki məktəbdə güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində azı 21 şagird həlak olub, çoxlu sayda insan ağır yaralanıb.

Ölkənin Təhsil Nazirliyindən bildirilib ki, “Furaah” və “Ujamaa” məktəblərində qeydə alınan faciədə həlak olanların 15-i alovdan qaçarkən yaranan basırıq nəticəsində dünyasını dəyişib. Yaralananların bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik tələfat sayının artacağını istisna etmir.

Yanğının başvermə səbəbləri araşdırılır.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью