Konqoda 55 əsgər ölümə məhkum edildi

03.03.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konqo Silahlı Qüvvələrinin 61 əsgərinin məhkəməsində hökm elan edilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, 55 əsgər ölüm cəzasına məhkum edilib.

Belə ki, onlara müharibəni tərk etmə, döyüş sursatından qeyri-qanuni istifadə, oğurluq, zorlama və talama ittihamları ilə edam cəzası verilib.

Həmçinin oxşar cinayətlərdə ittiham olunan digər əsgərlərin mühakiməsi üçün yeni dinləmələrin keçiriləcəyini açıqlanıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью