Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Konqo Demokratik Respublikasının şərqindəki Bukavu şəhərində baş verən yanğında 20 məktəbli ölüb, bir neçə nəfər ağır xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən "Radio Okapi" məlumat yayıb.
Digər şagirdlər tüstüdən zəhərlənərək tibb müəssisələrinə çatdırılıblar. Yanğın bir neçə yaşayış evini də əhatə edib.
Yanğının səbəbi hələ ki, müəyyən edilməyib.