Konqoda bərə aşıb, onlarla insan həlak olub

22.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Konqo Demokratik Respublikasının şimal-şərqində bərənin batması nəticəsində azı 38 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, bərə qəzası Busira çayında qeydə alınıb.

Daha 100 nəfərin itkin düşdüyü bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, bərənin göyərtəsində 400-dən çox insan olub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İlkin ehtimala görə, bərənin aşmasına səbəb göyərtəsində çoxlu adam olması olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью