Konqoda BMT sülhməramlıları öldürüldü

26.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) üç sülhməramlısı ölkədə döyüşlərin şiddətlənməsi nəticəsində həlak olub, 11-i isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə BMT baş katibinin ofisi məlumat yayıb.

"Son 48 saat ərzində Cənubi Afrikadan olan iki MONUSCO sülhməramlısı və Uruqvaydan olan bir sülhməramlı Təhlükəsizlik Şurasının onlara həvalə etdiyi mandatı yerinə yetirərkən həlak olub. 11 sülhməramlı yaralanıb və onlar BMT-nin Qomadakı xəstəxanasında müalicə olunurlar", - deyə bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью