Konqoda Ebola can almaqda davam edir

11.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxanların təsdiqlənmiş sayı 11 mini ötüb, ölənlərin sayı isə 5,4 minə yaxınlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi hökumət məlumatlarına istinadla məlumat yayıb.

Bildirilib ki, ölkədə “Ebola” epidemiyası 2026-cı ilin may ayından davam edir. Bu, Konqo Demokratik Respublikası tarixində 17-ci və ən ölümcül epidemiya hesab olunur.

Ölkənin şərqində davam edən silahlı toqquşmalar və əhali arasında tibbi qurumlara inamsızlıq xəstəliyə qarşı mübarizəni və tibbi yardımın göstərilməsini çətinləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью