Konqoda Ebola epidemiyası artır

22.08.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Karantin tədbirləri gücləndirilməsə, virusun qonşu ölkələrə yayılmaq təhlükəsi var

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası "eksponensial olaraq artır" və karantin tədbirləri gücləndirilməsə, qonşu ölkələrə yayılmaq təhlükəsi var. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BMT-nin Ebola ilə mübarizə üzrə baş koordinatoru Julien Harneis deyib.

"Epidemiya sürətlə yayılır. Virus indi Fransadan daha böyük bir ərazini əhatə edir", - deyə o bildirib.

BMT-nin məlumatına görə, may ayından bəri davam edən epidemiya zamanı 2500-dən çox insan virusdan ölüb. Onların yarısı son 20 gündə həyatını itirib.

Rəsmi olaraq, yoluxanların sayı təxminən 5000 nəfərdir. Yoluxanların və ölümlərin faktiki sayının daha çox olması ehtimal edilir.

BMT koordinatoru qeyd edib ki, virus onunla mübarizə üçün görülən tədbirlərdən daha sürətli və daha geniş yayılır. O, Ebola virusunun ötürülməsini yavaşlatmaq və nəticədə dayandırmaq üçün yardım maliyyələşdirilməsinin təcili artırılmasına və ucqar ərazilərə resursların çatdırılmasına çağırıb: "Əgər bunu etməsək, epidemiya daha da ölümcül hala gələcək. Daha da yayılacaq və qonşu ölkələrə infiltrasiya riski yaradacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью