Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə bağlı son vəziyyət açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiyada təsdiqlənmiş yoluxma hallarının sayı 8 224-ə yüksəlib. Ebola virusu səbəbilə həyatını itirənlərin sayı isə 3 982 nəfərə çatıb.
Məlumata görə, epidemiya dövründə 2 121 nəfər sağalıb. Xəstəlik üzrə ölüm nisbəti 48,4 faiz təşkil edir.
Ölkədə Ebola ilə bağlı epidemioloji vəziyyətə nəzarət tədbirləri davam etdirilir.
Gülay