Konqoda Ebola virusuna yoluxanların sayı 12 minə çatır

23.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Konqo Demokratik Respublikasında (KDR) 2026-cı ilin may ayından bəri 11 700-dən çox təsdiqlənmiş Ebola qızdırması hadisəsi qeydə alınıb.

XQ xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, virus səbəbindən 5 700-dən çox ölüm hadisəsi qeydə alınıb. 

Epidemiya başlayandan bəri Konqo Demokratik Respublikasında ümumilikdə 11 762 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bunlardan 5 775-i ölümlə nəticələnib və ölüm nisbəti 49,1% təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью