Konqoda Ebola virusuna yoluxanların sayı 676 ya çatıb

12.06.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş "Ebola" virusuna yoluxma hallarının sayı 676-ya çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Konqo Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırkı epidemiya zamanı "Ebola"dan ölənlərin sayı 136-ya çatıb. Bundan əvvəl 635 yoluxma və 127 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Konqo Demokratik Respublikasında həkimlər və tibb işçiləri bu gün "Ebola" epidemiyası zonaları da daxil olmaqla, ölkə miqyasında qeyri-müəyyən tətil elan ediblər. Onlar daha yüksək əmək haqqı, iş şəraitinin yaxşılaşdırılması və "Ebola" xəstələri ilə işləmək üçün əlavə ödənişlər tələb edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью