Konqoda Ebola virusuna yoluxanların sayı 8 mini keçib

28.09.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası çərçivəsində təsdiqlənmiş yoluxma hallarının sayı ilk dəfə 8 mini keçib.

Bu barədə hökumətin məlumatlarına istinadən “Reuters” məlumat yayıb.

Ölkənin ictimai səhiyyə institutunun son hesabatına görə, Ebola virusuna yoluxanların sayı 8 067, ölənlərin sayı isə 3 901 nəfərə çatıb.

Məlumata görə, hazırki epidemiya 2018–2020-ci illərdəki epidemiyanı geridə qoyaraq Konqo Demokratik Respublikasının tarixində ən böyük və ən çox ölümə səbəb olan Ebola epidemiyasına çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью