Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir.
APA “Al Jazeera”yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, oktyabrın 6-dək ölkədə 8 728 yoluxma və 4 205 ölüm faktı təsdiqlənib.
Virus ölkənin yeddi əyalətində 64 səhiyyə zonasına yayılıb. Şimali Kivu əyalətinin Alimbonqo bölgəsində ilk dəfə dörd yoluxma halı qeydə alınıb. Yoluxanlardan ikisi ölüb.
Keniyada da xaricdən gələn şəxsdə Ebola virusuna yoluxma faktı təsdiqlənib. Konqoda yaşayan Keniya vətəndaşı Uqanda üzərindən Nayrobiyə səfər edib. Həmin şəxs oktyabrın 5-də ölüb.
Keniya rəsmiləri xəstə ilə təmasda olan 28 nəfəri müəyyənləşdiriblər. Onunla eyni təyyarədə olan sərnişinlər və ekipaj üzvləri ilə bağlı araşdırma aparılır.
“Sərhədsiz Həkimlər” təşkilatı Konqoda müalicə mərkəzlərində çarpayı çatışmazlığının yarandığını bildirib.
ÜST virusun yayılmasının qarşısını almaq üçün xəstələrlə təmasda olan şəxslərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Bundibugyo virusuna qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsi yoxdur.