Konqoda Eboladan 1 600 nəfər ölüb

04.08.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 600-ü ötüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yaşareviç bildirib.

"Avqustun 1-nə olan məlumata görə, 3 748 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 1 657-si ölüm halıdır", - o qeyd edib.

Onun sözlərinə görə, epidemiya sürətlə yayılır: "Cavab tədbirlərinin miqyasını genişləndirmək üçün bizə təkcə maliyyə baxımından deyil, həm də digər resurslar şəklində əlavə dəstək lazımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью