525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Konqo Demokratik Respublikasında (KDR) 15 mayda elan edilən ebola epidemiyası davam edir.
525.az xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin paylaşdığı son məlumatlara görə, 6 əyalətdə 60 bölgəni əhatə edən epidemiyada təsdiqlənmiş halların sayı 6436-ya çatıb.
Ölüm sayı 3095-ə, ölüm nisbəti isə 48,1 faizə yüksəlib.
İturi əyaləti epidemiyanın əsas mərkəzi olaraq qalır, Cənubi Kivuda isə 95 gündür təsdiqlənmiş yeni hal qeydə alınmayıb.
İbrahim Cəfərov